dövlət Reyestrinin informasiya sistemi

Dövlət Reyestrinin fəaliyyətini təmin edən xüsusi proqram, texniki, telekommunikasiya, linqvistik, hüquqi və təşkilati vasitələrin nizama salınmış məcmusu

dövlət Reyestri
dövlət Reyestrinin istifadəçiləri
OBASTAN VİKİ
İnformasiya sistemi
İnformasiya sistemi — tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir.Bu xüsusiyyəti onun istismarını, analizini, mühafizəsini asanlaşdırır.İnformasiya sistemi əsas iki tələbatı ödəməlidir: tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi. Bu halda birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməlidir. istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılması. Bu halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə verilənlər təşkil olunmalı və sorğulara cavab verilməlidir. Sorğular aydın və obyektiv olmalı, sorğulara cavablar isə hesabat və ya forma şəklində verilməlidir.
Avtomatlaşdırılmış İnformasiya Sistemi
Avtomatlaşdırılmış informasiya sistemi (AİS) − verilənlərin və informasiyanın yaradılması, ötürülməsi, emalı, yayılması, saxlanması və/və ya idarə edilməsi və hesablamaların aparılması üçün nəzərdə tutulmuş proqram və aparat vasitələrinin çoxluğu. == İstinadlar == == Əlavə ədəbiyyat == Avtomatlaşdırılmış informasiya sistemləri // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 115.
Coğrafi informasiya sistemi
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və s. problemlərinin həllinə. == CİS-in beş təməl komponenti vardır == Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafik məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur. Dünyadakı CBS bazarının əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu cür proqramlarla haradasa qaynaşmış vəziyyətdədir. Ən məşhur CİS proqramları olaraq ArcInfo, Intergraph, MapInfo, Netcad (Türkcə, Azərbaycan dili), Idrisi, Grass vs.
Ermənistanın dövlət sistemi
Ermənistanın dövlət sistemi parlamentli respublika qruluşlu, çoxpartiyalı sisteminə əsaslanan və baş nazirin dövlət başçısı olduğu respublika. Ölkədə icra hakimiyyəti hökumət tərəfindən həyata keçirilir. == Tarixi == Ermənilər dövlət müstəqilliklərini itirdikdən sonra 600 il müddətində heç bir dövlət quruluşu əldə edə bilməmişlər. 28 may 1918-ci ildə isə Ermənistan Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasında ayrılaraq müstəqil olmuşdur. 2 dekabr 1920-ci ilə qədər müstəqiliyini qorusada bundan sonra Sovet İttifaqına daxil olmuş, bir müdət isə zaqafqaziya Sovet federativ Sosialist respublikasının tərkib hissəsi olmuşdur. ZSFSR 1936-cı ildə ləğv edildikdən sonra Ermənistan SSR adıı ilə SSRİ-nin bir parçasına çevrilir. Sovetlər birliyinin dağılmasından sonra isə 23 sentyabr 1991-ci ildə Ermənistan Respublikası adı ilə müstəqil dövlətə çevrilmişdir. Ölkənin paytaxtı və ən iri şəhəri — İrəvan. Ölkə 10 vilayət bölünür (erm. մարզ [mərz]): Araqacotn, Ararat, Armavir, Geğarkunik, Kotayk, Loru, Şirak, Sünik, Tavuş, Vayocdzor.
İnformasiya
İnformasiya (ing. information, rus. информация, türk. bilgi) — verilənlərdə insanların gördüyü mahiyyət, qiymət. Adətən, verilənlər faktlardan ibarət olur ki, onlar da müəyyən konteksdə informasiyaya çevrilir və insanlara aydın olur. Kompüterlər verilənlərin mahiyyətini anlamadan onları emal edir. Çox zaman "verilən" və "informasiya" terminləri sinonim kimi işlənsə də, onlar arasında müəyyən fərq var. Verilənlər (data) hər hansı məlumatlardır və onların mənasının olub-olmamasının elə bir önəmi yoxdur. Məsələn, kompüterdə '19091985' və ya 'VD51FGD' simvollar sətri verilənlərdir. İnformasiya isə mənası olan verilənlərdir.
Azərbaycan Dövlət İnformasiya Agentliyi
Azərbaycan Dövlət İnformasiya Agentliyi və ya qısaca AZƏRTAC — Azərbaycanın milli informasiya agentliyi; yerli və xarici KİV-lər üçün yeganə rəsmi dövlət informasiya mənbəyi. İdarə Heyətinin sədri Vüqar Əliyevdir. == Tarixi == 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb. AZƏRTAC rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında fasiləsiz olaraq sutka ərzində Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində dəqiq və operativ informasiya buraxır. AZƏRTAC İTAR-TASS (Rusiya), Anadolu agentliyi (Türkiyə), Sinxua (Çin), Rompress Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine (Rumıniya), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), Bernama (Malayziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya), Kabar (Qırğızıstan), Kazinform (Qazaxıstan), KUNA (Küveyt), Xovar (Tacikistan), KYODO (Yaponiya), BuaNews (Cənubi Afrika Respublikası), AGI (İtaliya), QNA (Qətər), ELTA (Litva), TELAM (Argentina), PAP (Polşa), SPA (Səudiyyə Ərəbistanı), Asia Pulse Ltd. (Avstraliya), VNA (Vyetnam), BERNAMA (Malayziya), WAM (Birləşmiş Ərəb Əmirlikləri), WAFA (Fələstin), TDX (Türkmənistan), STA (Sloveniya), JİJİPRESS (Yaponiya), EFE (İspaniya), IP (Paraqvay), BNA (Bəhreyn) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb.
Coğrafi adların informasiya sistemi (ABŞ)
Coğrafi adların informasiya sistemi (ing. Geographic Names Information System, GNIS) — Amerika Birləşmiş Ştatları və ətrafında iki milyondan çox fiziki və mədəni xüsusiyyətin adlarını və yerlərini özündə əks etdirən verilənlər bazası. Coğrafi məlumatları təmsil edir. GNIS, ABŞ Geoloji Xidməti tərəfindən ABŞ Coğrafi Adlar Şurası ilə birlikdə obyektlərin adlanmasını standartlaşdırmaq üçün hazırlanmışdır. == Haqqında == Verilənlər bazası topoqrafik xəritələrdəki adları və biblioqrafik istinadları özündə birləşdirən sistemin bir hissəsidir. Kitabın adlarını və tarixi xəritələri ehtiva edir, obyektin əvvəllər müəyyən bir ad aldığını təsdiqləyir. Rəsmi federal adlara alternativ olaraq digər adlar da daxil edilir. Bu verilənlər bazasından qeydlər aşkar dublikatlar istisna olmaqla heç vaxt silinmir. == İstinadlar == == Ədəbiyyat == U.S. Department of the Interior, U.S. Geological Survey, National Mapping Division, Digital Gazeteer: Users Manual, (Reston, Virginia: U.S. Geological Survey, 1994). Least Heat-Moon, William, Blue Highways: A Journey Into America, (Boston: Little Brown and Company, 1982).
Birləşmiş Krallığının dövlət sistemi
Birləşmiş Krallıq konstitusiyalı monarxiyaya əsaslanan unitar dövlətdir. Kraliça 2-ci Elizabet Birləşmiş Krallıq və 15 digər müstəqil dövlət ittifaqının başçısıdır. Kraliçanın məsləhətçi, dəstəkləyici və xəbərdaredici kimi hüquqları vardır. Birləşmiş Krallıq yazılmamış konstitusiyaya malik olan dünyanın 4 ölkəsindən biridir. Birləşmiş Krallığın konstitusiyası konstitusional razılaşmalarla birgə beynəlxalq müqavilələr və qanun toplularından ibarət məhkəmə sistemi, əsas qanunların da daxil olduğu fərqli yazılı mənbələr toplusundan təşkil olunub. == Monarxın rəsmi vəzifələri == Birləşmiş Krallıq konstitusiyalı monarxiyadır. Bu o deməkdir ki, dövlət başçısı kimi ölkəni irsi monarx idarə edir (kral və ya kraliça), lakin monarxın hakimiyyəti formaldır və o yalnız Parlamentin dəstəyi ilə hökm sürə bilər. Kral yaxud kraliçanın rəsmi vəzifələrinə aiddir: Seçkilərin sonunda Baş Naziri təyin etmək (adətən İcmalar Palatasında səs çoxluğuna malik olan partiyanın lideri), Parlamenti çağırmaq, işində fasilə təyin etmək və Parlamenti buraxmaq; Müharibə elan etmək/sülh bağlamaq, Xarici dövlət və hökumətləri rəsmən tanımaq, Saziş bağlamaq, Əraziləri özünə birləşdirmək və ya başqa ölkəyə güzəştə getmək, Məhkəmə hakimiyyətinə rəhbərlik etmək (ölkədə bütün məhkəmələr Kral və ya kraliça məhkəməsi adlanır və bütün məhkəmə prosesləri kral yaxud kraliçanın adı ilə həyata keçirilir), Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq, Mötəbər İngiltərə Kilsəsinin Ali Hakimi olmaq, Silahlı Qüvvələr və kilsədə şəxsləri mühüm dövlət postlarına rəsmi şəkildə təyin etmək, Əsilzadə, cəngavər və digər şərəf ordenləri ilə təltif etmək, Gizli Şuranın görüşlərində kökumətin qərarlarını rəsmi şəkildə təsdiq etmək, Avstraliya, Kanada, Yeni Zellandiya daxil olmaqla, yerli hakimlər tərəfindən idarə olunan 16 sabiq koloniyanın kral və ya kraliçası olmaq; Dövlətin başçısı olmaq,Kral və ya kraliçanın mühüm simvolik vəzifələri xalqın birliyini, tarixi ənənələri və davamlılığı qoruyub saxlamaq, dövlətin ruhani başçısı olmaqdır. Birləşmiş Krallığın konstitusiyası Maqna Karta, Hüquqlar Vəsatəti Ərizəsi və Hüquqlar Haqqında Bill (1689) kimi tarixi sənədlərin daxil olduğu formalaşdırılmamış konstitusiyadır. Konstitusiya qeyri-sabitdir və Parlament aktı ilə dəyişdirilə bilər.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır. == Haqqında == İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı ilə yaradılmışdır, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin etmiş dövlət orqanıdır. Fond öz fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirmişdir. == Ləğv edilməsi == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən., Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.
İnformasiya axtarışı
İnformasiya axtarışı— İnformasiya sisteminin başlıca vəzifəsi olub, sorğulara cavab verən informasiyanın axtarılıb — tapılması və istifadəçilərə çatdırılmasıdır. == Ümumi məlumat == İnformasiya axtarışı istifadəçinin sorğusuna uyğun cavabları özündə əks etdirən sənədlərin və ya həmin sənədlərin göstəricilərinin tapılması prosedurundan ibarətdir. Faktoqrafik informasiya sistemlərindlə istifadəçinin sorğusuna cavab kimi konkret faktlar (verilənlər) təqdim edilir, sənədli sistemlərdə isə informasiya axtarışı nəticəsində istifadəçiyə onun sorğusuna uyğun sənədlər verilir. Bəzən elə hallar olur ki, istifadəçiyə sənədlərin özü yox, onların göstəriciləri (saxlandıqları yer və ya şəbəkə ünvanı (URL) təqdim edilir. İstənilən sənədli və faktoqrafik sistemlərdə informasiya axtarışı, istifadəçinin informasiyaya olan tələbatlarını ödəmək üçün verdiyi sorğu əsasında aparılır. Bu münasibətlərin istifadə edilməsi üçün İAS-nin nəzəriyyəsinə iki fundamental axtarış daxil edilmişdir. Onlar pertinentlik və relevantlıqdır. Pertinentlik dedikdə sənədin məzmununun istifadəçinin informasiya tələbatına uyğunluğu başa düşülür. İnformasiya tələbatını ödəyən sənədlərə pertinent sənədlər deyilir. Relevantlıq sənədin məzmununun informasiya sorğusuna uyğunluğunun göstəricisidir.
İnformasiya boşalması
İnformasiya boşalması (ing. underflowing) – iki qurğu, yaxud proses arasında informasiya mübadiləsi zamanı buferə verilənlərin daxilolma sürətinin, onların oradan oxunma sürətindən az olması nəticəsində yaranan hal. Məsələn, CD-R və ya DVD-R diskinə informasiyanın yazılışı zamanı qurğu bütün yazma prosesi boyunca eyni bir sürətlə fırlanmalıdır. Əgər kompüter hər hansı səbəbdən (şəbəkədə olan problem, yaxud verilənlərin götürüldüyü qurğunun yavaş sürətli olması səbəbindən) verilənləri qurğuya tələb olunan sürətlə çatdıra bilmirsə, onda buferin boşalması baş verir və nəticədə diskin yazılışı uğurlu olmur. Bunun aradan qaldırılması üçün müxtəlif vasitələrdən istifadə etmək olar: hazırda çalışan başqa proqramlar olub-olmamasına əmin olmaq, yazılışı aşağı sürətlə aparmaq, kompüteri müvəqqəti olaraq şəbəkədən ayırmaq. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya bərabərsizliyi
İnformasiya bərabərsizliyi və ya Rəqəmsal bərabərsizlik (en. Digital divide, ru. Информационное неравенство) Cəmiyyətin gəlir səviyyəsi, ailənin tərkibi, təhsilin səviyyəsi və s. görə parçalanaraq son nəticədə vətəndaşların müəyyən hissəsinin İnternet şəbəkəsindəki informasiyaya müraciətinin çətinliyi nəzərdə tutulur. Elm, mədəniyyət, təhsil, tibb və digər sahələrdə informasiyaya çıxışın səviyyəsinə görə əhalinin müxtəlif sosial qruplarında İKT-dən istifadəsində yaranan fərqlilikdir. İKT-dən istifadə edilməsi imkanlarının müxtəlifliyindən yaranan sosial təbəqələşmənin yeni növüdür. İnformasiya strukturlarının, vasitələrinin və proseslərinin müqəddəratlarını, onların vətəndaşlar arasında vətəndaş hüququ və maddi rifah məsələlərində qeyri-bərabər paylanması ilə əlaqələndirən tərəfdarlar üçün xarakterik olan konsepsiyadır. İnformasiya bərabərsizliyinin sinonimi kimi rəqəmsal partlayış, informasiya və ya rəqəmsal parçalanma, rəqəmsal və ya elektron uçurum və digər ifadələrdən istifadə edilir.
İnformasiya cəmiyyəti
İnformasiya cəmiyyəti — əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olduğu cəmiyyət. İnformasiya cəmiyyəti IC postsənaye cəmiyyətinin bir konsepsiyasıdır. Bu, istehsalatın əsas məhsulunu informasiya və bilik təşkil edən sivilizasiyanın inkişafının yeni tarixi fazasıdır. İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır. İC-nin fərqləndirici cəhəti: Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması; daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması; insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılmasıır. == İC-nin xarakterik xüsusiyyətləri == Mənbə: informasiya böhranı aradan qalxır, informasiya axını və informasiya “aclığı” arasındakı ziddiyyət həll olunur; informasiyanın başqa resurslardan üstünlüyü təmin edilmiş olur; bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mühiti yaranır; informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni formaları yaranır; informasiya əmtəəyə çevrilir, informasiya və bilik bazarı yaradılır və inkişaf edir; inkişafın əsas forması kimi informasiya iqtisadiyyatı formalaşır; İKT vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışı reallaşır; təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsi artır;İC-nin də xarakterik xüsusiyyətləri ilə yanaşı təhlükəli meylləri vardır. Bunları aşağıdakı kimi vermək olar: cəmiyyətə kütləvi informasiya vasitələrinin təsiri artır; informasiya texnologiyaları təşkilatların və insanların şəxsi həyatına dağıdıcı təsirlər edə bilər; informasiya bolluğunda daha dəqiq və keyfiyyətli informasiyanın seçim çətinliyi yaranır; insanların böyük əksəriyyətində yeni cəmiyyətə uyğunlaşmaq çətinliklər yaradır.
İnformasiya direktoru
İnformasiya direktoru – təşkilatın aşağıdakılar üçün məsul rəsmi şəxsi: İnformaiya texnologiyalarının əldə edilməsinin və informasiya resurslarının idarə edilməsinin qanunvericiliyə, sərəncamlara, göstərişlərə, siyasətlərə, qaydalara və rəhbərliyin müəyyən etdiyi prioritetlərə uyğun tərzdə həyata keçirilməsini təmin etmək üçün təşkilatın icra rəhbərliyinə və digər yuxarı idarəetmə heyətinə məsləhət və digər köməyin təmin edilməsi; Təşkilat üçün nöqsansız və inteqrativ informasiya texnologiyaları arxitekturasının işlənməsi, gerçəkləşdirilməsi, saxlanması və inkişaf etdirilməsi; İş proseslərinin təkmilləşdirilməsi də daxil olmaqla təşkilat üçün bütün əsas informasiya resurslarının idarə edilməsi proseslərinin effektiv və səmərəli layihə və istismarını təkmilləşdirmək. == Ədəbiyyat == İmamverdiyev Y.N. İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2015, 160 səh.
İnformasiya elmi
İnformasiya elmi (ing. İnformation science) ― informasiyanın təhlili, toplanması, təsnifatı, manipulyasiyası, saxlanması, axtarılması, hərəkəti, yayılması və mühafizəsi ilə əlaqədar fənlərarası gənc elm sahəsidir. "İnformasiya elmi" termininin formalaşması 1955-ci ilə təsadüf edir. == Məzmunu və yanaşması == İnformasiya elmi maraqlı tərəflər nöqteyi-nəzərindən məlumatı başa düşməyə və sonra lazım olduqda informasiya və digər texnologiyaların tətbiqinə yönəlib. Başqa sözlə desək, bu elm o sistem daxilində ayrı-ayrı texnologiya parçalarını deyil, sistemli problemləri həll edir. Bu baxımdan, informasiya elminin texnoloji determinizmə, texnologiyaların “öz imkanlarını reallaşdıran, yalnız maddi resurslar və tərtibatçıların yaradıcılığı ilə məhdudlaşan öz qanunlarına uyğun təkamül etdiyi” inamına cavab olduğunu görmək olar. Buna görə də, onlar müstəqil idarəetmə sistemi kimi qəbul edilməlidir və nəticədə cəmiyyətin bütün digər alt sistemlərinə nüfuz etməlidir." == Ümumi məlumat == İnformasiya elminin formalaşmasına təkan verən əsas səbəb amerikalı riyaziyyatçı alim Klod Elvud Şennon (ing. Claude Elwood Shannon, 1916–2001) tərəfindən "informasiya nəzəriyyəsi"nin (1948) yaradılması göstərilir.1955-ci ildə Polşa əsilli İngilis kitabxanaçısı Ceyson Farradeyn (1906–1989) özünün "İnformasiya mütəxəssisinin peşəkar təhsili" haqqında elmi məqaləsində "informasiya elmi" terminini istifadə etmiş, həmçinin bu məqalədə o, "sənədşünas" (ing. Documentalist) istilahının sinonimi kimi "informasiya mütəxəssisi" (ing. Information Scientist) terminini istifadə etmişdir."İnformasiya" termini "informatio" sözündən yaranmışdır.
İnformasiya fəlsəfəsi
İnformasiya fəlsəfəsi — məlumat anlayışını öyrənən fəlsəfənin bir qolu. İnformasiya fəlsəfəsi həm mövzunun tarixi aspektləri, həm də sistemləşdirmə ilə məşğul olur. Fəlsəfənin bu qolu 20-ci əsrin sonlarında formalaşmışdır; adı 1990-cı illərdə L. Floridi tərəfindən təqdim edilmişdir. İnformasiya fəlsəfəsi məlumatın təbiətinin və əsaslarının, o cümlədən onun dinamikasının, istifadəsinin və elmi tədqiqinin öyrənilməsi və informasiya nəzəriyyəsinin və hesablama metodlarının işlənib hazırlanması və fəlsəfi problemlərə tətbiqi ilə məşğul olan fəlsəfənin bir sahəsidir. == Hekayə == Erkən inkişaf, Floridinin 1930-cu illərdə Türinqin işinə gedib çıxan "süni intellekt fəlsəfəsi" idi. Artıq 1964-cü ildə bu mövzuda mindən çox məqalə var idi.Floridi informasiya fəlsəfəsinin mənşəyini A. Slomanın (ing.) rus əsərində izləyir. 1978-ci ildə nəşr olunan "Fəlsəfədə kompüter inqilabı". Sloman belə bir fikir irəli sürdü: bir neçə il ərzində süni intellektlə bağlı əsərlərlə tanış olmayan filosoflar özlərini peşəkarcasına səriştəsiz tapacaqlar; süni intellektlə bağlı əsərlərlə tanış olmadan ağıl, qnoseologiya, estetika, elm fəlsəfəsi, dil fəlsəfəsi, etika fənlərinin tədrisi fizikləri kvant mexanikası ilə tanış etmədən öyrətməyə bənzəyəcək. Floridi 1992-ci ildə "hesablama dönüşü"ndən danışan Lesli Burkholderin işini də vurğulayır: informatika elminin praktiki inkişafı təkcə təbiət elminin deyil, həm də metodların geniş dəyişməsinə səbəb olmalı idi. həm də fəlsəfə.1980-ci illərin ortalarında fəlsəfi ictimaiyyət "kompüterlər və fəlsəfənin" fənlərarası ezoterik mövzu deyil, hörmətli bir tədqiqat sahəsi olduğunu qəbul etdi.
İnformasiya magistralı
İnformasiya magistralı (ing. Infobahn (information bahn), rus. информационная магистраль, türk. bilgi yolu) – “information superhighway” üçün qısaltma. Alman dilindəki sürətli avtomagistralların adından (autobahn) götürülüb. 1990-cı illərdə populyar olan termin. Kompüter texnologiyaları və siqnalları mövcud modemli onlayn sistemlərdən dəfələrlə çox sürətlə buraxa bilən optik-lif rabitə xətləri bazasında olan rəqəmsal ikitərəfli rabitə vasitəsini bildirir. İnformasiyanın belə rabitə magistralı ilə ötürülməsi tamamilə yeni imkanlar açır. Məsələn, interaktiv televiziyanın yaradılmasında: tamaşaçı minlərlə hazır proqramın, filmin və verilişin arasından seçim edə bilər, yeni verilişlərin hazırlanmasında və translyasiya olunmasında aktiv iştirak edə bilər – sərbəst olaraq bir videokameradan başqasına keçə bilər, yaxud kameranı lazım olan istiqamətə dönməyə məcbur edə bilər. Hesab edilir ki, bu sistem televiziyanı əvəz edəcək, həm də eyni zamanda videotelefon və telestudiya olacaq.
İnformasiya menecmenti
İnformasiya menecmenti – XX əsrin 70-ci illərində meydana gələn informasiyanın idarəolunması və bölüşdürülməsini təmin edən menecmentin xüsusi sahəsidir. == Menecmentdə informasiya anlayışı == İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya, hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq. İnformasiyanın növləri çoxdur. Qlobal bölgü üzrə: texniki, sosial, iqtisadi, siyasi, tarixi, hərbi, tibbi və digər informasiya növlərini fərqləndirmək olar. Hazırkı dövrdə idarəetmə prosesini kommunikasiya və qərar qəbul etmə proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İdarəetmənin 5 funksiyasının – planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət və marketinqin ümumi xüsusiyyətləri də bunlarla bağlıdır. Bu funksiyalar hamısı qərarların qəbul edilməsini tələb edir və hamısına informasiya lazımdır ki, düzgün qərar qəbul etmək üçün ondan istifadə etsinlər və bu qərarı müəssisənin başqa üzvlərinə çatdıra bilsinlər.
İnformasiya müharibələri
İnformasiya müharibəsi (ing. information warfare) — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatı. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir. Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır.
İnformasiya müharibəsi
İnformasiya müharibəsi (ing. information warfare) — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatı. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir. Yaxın gələcəkdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunacaq. Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur. Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır.
İnformasiya mədəniyyəti
İnformasiya mədəniyyəti (en: Information culture, ru: Информационная культура) — insanın informasiya cəmiyyətinə uyğunlaşması üçün zəruri olan bilik və vərdişlərdir. Hazırda bu anlayış altında, ilk növbədə, informasiya texnologiyalarından istifadə bacarığı və ona olan tələbat nəzərdə tutulur. Başqa sözlə, informasiya cəmiyyətində o insan “mədəni” hesab olunur ki, o, informasiya texnologiyalarından istifadə edə bilir. İnformasiya mədəniyyətinin formalaşmasında kom pyuter şəbəkələrinin rolu çox böyükdür.İnformasiya mədəniyyəti: Cəmiyyətin informasiya resurslarından və informasiya kommunikasiya vasitələrindən effektli istifadə etmək bacarığıdır Cəmiyyətdə informasiyalaşma və informasiya texnologiyaları vasitələrinin inkişafı sahəsində qabaqcıl nəaliyyətlərin tətbiqidir Müasir texniki vasitə və metodlardan, kompüter texnologiyalarından istifadə etməklə informasiyanın əldə edilməsi və ötürülməsi bacarığıdır.
İnformasiya mərkəzi
İnformasiya mərkəzi (ing. information center, rus. информационный центр ~ tr. bilgi merkezi) – adətən, böyük kompüter kompleksi və onunla bağlı olan yerlər (binalar); təşkilatda informasiyanın idarə olunması və paylanması mərkəzi. Bu termin informasiyanın seçilib götürülməsi və qərar qəbul edilməsi prosesinə yardım üçün nəzərdə tutulmuş xüsusi növ hesablama sisteminə də aid edilə bilər; belə sistemdə informasiya, adətən, yalnız oxumaq üçün nəzərdə tutulub və informasiyanı göndərən başqa sistemlərdən çıxarılan və ya alınan verilənlərdən ibarətdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya nəzəriyyəsi
İnformasiya nəzəriyyəsi (ing. information theory; rus. теория информации; türk. bilişim kuramı) – predmeti informasiyanın xarakteristikaları və ötürülməsi olan riyazi fənn. İnformasiya nəzəriyyəsində başlıca olaraq kommunikasiyanın, informasiyanın kabellərlə ötürülməsindən tutmuş, bütövlükdə cəmiyyətdə informasiya axınına baxılmasınadək, verilənlərin həcmi, veriliş sürəti, kanalın buraxılış imkanı və verilişin dəqiqliyi kimi aspektlərinə baxılır. 1948-ci ildə riyaziyyatçı Klod Elvud Şemon (C.E.Shannon) tərəfindən yaradılmış informasiya nəzəriyyəsi ilkin olaraq rabitə sahəsində tətbiq olunmuş, hazırda isə hesablama texnikası da daxil olmaqla digər sahələrə tətbiq edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnformasiya partlayışı
İnformasiya partlayışı (ing. information explosion, rus. информационный взрыв, türk. bilgi patlaması) – bəşər tarixinin hazırkı dövrünə aid işlədilən geniş yayılmış termin; bu dövr onunla səciyyəvidir ki, informasiyaya yiyələnmək və onu yaymaq mexanikləşdirmə və sənayeləşdirməni çəmiyyətin hərəkətverici qüvvəsi kimi sıxışdırdı. Bu termin həm də bu gün kütləvi informasiyanın həcminin sürətlə artmasını göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == http://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=991165 Conceptualizing Information Systems and Cognitive Sustainability in 21st Century 'Attention' Economies (Includes Syllabus) http://www.sims.berkeley.edu/research/projects/how-much-info-2003/ How Much Information?
İnformasiya prosesləri
İnformasiya proseslərinə — informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir.İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər tərəfindən yerinə yetirilir. İnformasiyanın ötürülməsi — toplanan informasiyanın emal edilməsi üçün emal vasitələri ilə ötürülməni nəzərdə tutur. Adi halda informasiyanın emalı insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüterlər vasitələrlə aparılır. İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə edilir. Müasir kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan istifadə edilir. İnformasiyanın saxlanması — informasiya emal edilməzdən əvvəl və sonra daşıyıcılarda saxlanılmasını nəzərdə tutur. İnformasiya daşıyıcısı kimi kağızdan, köhnə kompüterlərdə perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompüterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur. İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüter vasitəsilə aparılır.